Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 May 2020 19:30
"Barselona"nın hücumçusu Lionel Messi komandasının koronavirusla bağlı fasilədən öncəki çıxışını qiymətləndirib.
Qol.az sport.es-ə istinadən xəbər verir ki, o bildirib ki, fasilədən əvvəlki kimi oynamağa davam etsələr, Çempionlar Liqasını qazanmaq şansları olmayacaq:
"Heç vaxt Çempionlar Liqasında və İspaniya çempionatının qalibi olacağımıza şübhə etməmişəm. Ancaq bu oyunla Çempionlar Liqasının qalibi ola bilmərik. Bəlkə də koronavirusla əlaqəli bu fasilə bizə fayda verəcək. Ancaq əvvəlcə turnirin bərpasını gözləmək lazımdır. Sonra öz səviyyəmizi görə biləcəyik".
Xatırladaq ki, "Barselona" ÇL-in 1/8 finalında "Napoli" ilə keçirdikləri ilk matçda (1:1) bərabərə qalıb.