Tarix: 7 Iyun 2019 19:00
"Qalatasaray"ın sabah 3 yeni transferini açıqlaya bilər.
Qol.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Fulhem"dən Rayan Babel, "Fənərbaxça"dan Şener Özbayraklı və "Toluza"dan Cimmi Durmazın keçidi üçün işlər həll olunub.
İstanbul klubunun hər üç yarımmüdafiəçi ilə müqavilə imzalamağa hazır olduğu bildirilir.
Qeyd edək ki, "Qalatasaray" geridə qalan mövsümdə həm Türkiyə Superliqasının, həm də ölkə kubokunun qalib olub.