Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Alman futbolçu "Liverpul"da oynamaq istəyir

Alman futbolçu

Tarix: 16 May 2020 14:20

"Layptsiq"in hücumçusu Timo Verner gələcəyi ilə bağlı iki variantı nəzərdən keçirir.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, Verner mövsümün sonunda "Liverpul"ə keçmək istəyir. Transfer baş tutmasa, o, daha bir il "Layptsiq"də qalmağa hazırdı.

23 yaşlı futbolçunun müqaviləsi 2023-cü ilin yayına kimi nəzərdə tutulub. Təzminat məbləğinin şərtləri hər il dəyişir.

Mənbəyə görə, bu yay klublar Vernerə görə minimum 47,5 milyon avro təkliflə danışıqlara başlaya bilərlər. 60 milyon avro qarşılığında isə "Layptsiq" alman oyunçunu sərbəst buraxmaq məcburiyyətindədi.

Bir il sonra sərbəstqalma məbləği 40 milyon, 2022-ci ildə isə 25 milyon avroya kimi düşəcək. Bu opsiya hər ilin yayında aktivləşir və 15 iyuna kimi etibarlı olur. Qış "transfer pəncərəsi"ndə təzminat ödəyərək Vernerin keçidini həll etmək mümkün deyil.

Milli.Az


Etiketlər:  Alman futbolçu Liverpulda oynamaq istəyir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ