Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

AQTA-da “7 İyun-Ümumdünya Qida Təhlükəsizliyi Günü”nə həsr olunan tədbir keçirilib (FOTO)

AQTA-da “7 İyun-Ümumdünya Qida Təhlükəsizliyi Günü”nə həsr olunan tədbir keçirilib (FOTO)

Tarix: 7 Iyun 2019 21:20

Bakı. Trend:

Qida Təhlükəsizliyi Agentliyində (AQTA) “7 İyun-Ümumdünya Qida Təhlükəsizliyi Günü”nə həsr olunan tədbir keçirilib.

Agentlikdən Trend-ə verilən məlumata görə, bildirilib ki, Ümumdünya Qida Təhlükəsizliyi Günü Birləşmiş Millətlər Təşkilatının 20 dekabr 2018–ci il tarixli qərarı ilə, ərzaq təhlükəsizliyinin qida məhsullarının təhlükəsizliyi ilə sıx bağlı olması, dünyada ərzaq istehsalat-təchizat zəncirinin daha da mürəkkəbləşdiyi, qida məhsullarının təhlükəsizliyi ilə bağlı istənilən xoşagəlməz hadisələrin insanların sağlamlığına, ticarətə, ümumilikdə bütün dünya iqtisadiyyatına mənfi təsiri nəzərə alınaraq təsis edilib.

Azərbaycanda qida təhlükəsizliyinin təmin olunması məqsədi ilə Prezident İlham Əliyevin 10 fevral 2017-ci il tarixli “Azərbaycan Respublikasında qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” fərmanı ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi yaradılıb.

Agentliyin sədri Qoşqar Təhməzli bildirib ki, ölkədə qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində Prezident İlham Əliyevin müvafiq fərmanı ilə “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı” təsdiqlənməsi böyük rol oynayacaq. Dövlət Proqramında əsas məqsədlər qida təhlükəsizliyi sahəsində norma və standartların beynəlxalq tələblərə uyğunlaşdırılması, əhalinin təhlükəsiz və keyfiyyətli qida ilə təminatının yaxşılaşdırılması, qida təhlükəsizliyinin və keyfiyyətinin artırılması ilə rəqabətqabiliyyətliliyinin və xarici bazarlara ixrac potensialının artırılması, kənd təsərrüfatında istifadə olunan aqrokimyəvi maddələrə, bitki mühafizəsi vasitələrinə və baytarlıq preparatlarına nəzarət tədbirlərini gücləndirməsi, habelə onlardan düzgün istifadəyə dair maarifləndirmə işlərinin aparılmasından ibarətdir.

Qeyd edək ki, “Ümumdünya Qida Təhlükəsizliyi Günü”nün qeyd olunması sözügedən təhlükələrə diqqət çəkmək üçün Kodeks Alimentarius Komissiyasının, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO), Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) sözügedən təhlükələrə diqqət çəkməmk üçün təşkilatçılığı ilə həyata keçirilir. Bu il “Ümumdünya Qida Təhlükəsizliyi Günü” dünyanın diqqətini qida təhlükəsizliyi mövzusuna çəkmək üçün “Qida təhlükəsizliyinə görə hər kəs məsuliyyət daşıyır” şüarı ilə keçirilir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  AQTA İyun Ümumdünya Qida Təhlükəsizliyi Gününə həsr olunan tədbir keçirilib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ