Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 May 2020 09:56
Hacıqabul rayonunda ümumi sahəsi 150 m² olan taxta konstruksiyalardan ibarət 2 mərtəbəli 8 otaqlı evin 2 otağı və içərisindəki ev əşyaları 60 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən Sonxeber.net-a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Abşeron rayonunda 3 otaqlı ev yanıb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonda ümumi sahəsi 70 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.