Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 May 2020 12:16
Azərbaycanda mayın 18-nə gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Sonxeber.net-a verilən məlumata görə, mayın 18-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Səhər duman olacaq, arabir güclənən cənub-qərb küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 9-12, gündüz 18-20, Bakıda gecə 9-11, gündüz 18-20 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 768 mm civə sütunundan 759 mm civə sütununa enəcək, nisbi rütubət 70-80, gündüz 40-45 faiz təşkil edəcək.
Mayın 18-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Gecə və səhər duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 10-15, gündüz 23-28, dağlarda gecə 3-8, gündüz 10-15 dərəcə isti olacaq.