Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Aprel 2019 18:40
Bakı. Mətanət Nəsibova - Trend:
“Azərbaycan Dəmir Yolları” (ADY) QSC İranın Astara şəhərində 4 terminal inşa edəcək.
Trend-in məlumatına görə, bunu QSC-nin tariflərin nizamlanması şöbəsinin rəhbəri Elxan Əsədov SOCAR-ın IV beynəlxalq “Xəzər və Mərkəzi Asiya: Neft emalı, Neft-kimya, Ticarət, Logistika” beynəlxalq forumunda deyib.
Onun sözlərinə görə, bu terminallar neft, taxıl, konteynerlərin emalı və ümumi təyinatlı terminallar olacaq.
ADY-nin fəaliyyəti barədə danışan E.Əsədov qeyd edib ki, hazırda dəmir yollarının təmiri və parkın modernləşdirilməsi üzrə işlər aparılır. Azərbaycanın satın aldığı əlli lokomotivdən yeddisi ölkəyə gətirilib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin