Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 May 2020 11:35
"Eurovision- 2011"in qalibləri: Eldar Qasımov və Nigar Camalın yarışmadakı səhnə geyimləri və qazandıqları büllur mikrofon Milli Azərbaycan Tarixi Muzeyində yer alacaq.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Eldar Qasımov "Fatehin divanı" proqramına qonaq olarkən bildirib.
"Bizə deyilənə görə, mikrofon İctimai Televiziyadadır. Bir müddət əvvəl Tarix Muzeyi ilə danışıqlar oldu. Orada müasir musiqi guşəsi açılacaq, səhnə geyimlərimiz və büllur mikrofon yer alacaq",- deyə Eldar bildirib.
Qeyd edək ki, muzeydə bir müddət əvvəl hər iki tanınmışın imzalarının əks olunduğu açıqça və bəzi şəxsi əşyaları nümayiş olunmuşdu.