Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakı metropoliteni gücləndirilmiş rejimə keçib: sərnişin sayında artım var

Bakı metropoliteni gücləndirilmiş rejimə keçib: sərnişin sayında artım var

Tarix: 18 May 2020 12:02

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən mayın 18-dən etibarən ölkədə vətəndaşların SMS-lə icazə alması prosesi ləğv olunduğundan metro stansiyalarında sərnişinlərin sayı artıb.

Sonxeber.net xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib. Onun sözlərinə görə, karantin qaydalarında yumşaldılma davam etdiyindən metropoliten gücləndirilmiş rejimdə fəaliyyət göstərir:

"SMS icazə bu gündən ləğv olunduğundan sərnişin sayında artım müşahidə edilir. Buna baxmayaraq, Bakı metropoliteni Nazirlər Kabineti yanında Operativ Qərargahın metodiki göstərişləri və tətbiq olunan qaydalara uyğun olaraq fəaliyyətini davam etdirir. Tibbi maskası olmayan sərnişin metro stansiyalarına buraxılmır, sosial məsafənin saxlanmsı ilə bağlı sərnişinlərlə mütəmadi iş aparılır, tövsiyyələr olunur".

B.Məmmədov deyib ki, metropoliten fəaliyyətini bərpa edəndən sonra qatarlar sıx intervalla hərəkətini davam etdirir: "Pik saatlarda "Həzi Aslanov"- "28 May" stansiyaları arasında qatarların hərəkət intervalı 2 dəqiqəyə endirilib. Hazırda da metropoliten gücləndirilmiş iş rejimində çalışır".


Etiketlər:  Bakı metropoliteni gücləndirilmiş rejimə keçib sərnişin sayında artım


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ