Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 May 2020 15:42
Məşhur peşəkar boksçular Evander Holifild və Mayk Taysonun yenidən rinqə qayıdacağı haqqında xəbərlər dolaşır.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, ABŞ-ın iki rinq ulduzu arasında ağır çəkidə üçüncü döyüş baş tuta bilər. Məlumatı Holifild "The 3 Point Conversion" "YouTube" kanalına müsahibəsində təsdiqləyib.
İdmançı deyib ki, hələlik tərəflər arasında dəqiq razılığa gəlinməyib. Lakin bu barədə danışıqlar gedir.
Qeyd edək ki, boksçular arasında bundan əvvəlki görüşlərin hər ikisi Holifildin qələbəsi ilə sona çatıb.