Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 May 2020 18:22
Bayram namazının məscidlərdə qılınmasına icazə yoxdur.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
Onun sözlərinə görə, gələcəkdə bu barədə qərar qəbul olunarsa, məsələ ilə bağlı ictimaiyyətə açıqlama veriləcək:
"İndiki vəziyyətdə insanların məscidlərdə kütləvi toplanmasına icazə verilmir. Bugünkü yoluxma səviyyəsinə görə, proses hələ müzakirə olunmur. Bayram günlərinə qədər vəziyyətdən asılı olaraq müəyyən qərar verilə bilər".