Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Daxili İşlər Nazirliyi bəzi sahələrdə yoxlamaların bərpa olunması barədə məsələ qaldırıb

Daxili İşlər Nazirliyi bəzi sahələrdə yoxlamaların bərpa olunması barədə məsələ qaldırıb

Tarix: 19 May 2020 12:03

Bakı. Elçin Mehdiyev – Trend:

Daxili İşlər Nazirliyi bəzi sahələrdə yoxlamaların bərpa olunması barədə məsələ qaldırıb.

Trend-in məlumatına görə, bunu Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru, Daxili İşlər nazirinin birinci müavini, polis general-mayoru Seyfulla Əzimov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, Müvafiq qanunvericilik aktlarına əsasən sahibkarlıq subyektlərində yoxlamalar dayandırıldığı üçün son illər kənd təsərrüfatı, ictimai iaşə və digər sahələrdə məcburi əmək faktlarının aşkarlanması üzrə monitorinqlər aparılmır. Ancaq məsələnin əhəmiyyəti nəzərə alınaraq həmin yoxlamaların bərpa olunması üçün Daxili İşlər Nazirliyi tərəfindən aidiyyəti üzrə məsələ qaldırılıb.


Etiketlər:  Daxili İşlər Nazirliyi bəzi sahələrdə yoxlamaların bərpa olunması barədə məsələ qaldırıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ