Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakı-Naxçıvan təyyarəsi hava şəraitinə görə Lənkəranda təcili eniş edib

Bakı-Naxçıvan təyyarəsi hava şəraitinə görə Lənkəranda təcili eniş edib

Tarix: 8 Iyun 2019 16:34

Bakı. Trend:

Naxçıvan hava limanında əlverişsiz hava şəraiti ilə (şimşək və leysan) əlaqədar olaraq, AZAL-ın J2-253 Bakı (GYD) - Naxçıvan (NAJ) reysində hava gəmisinin kapitanı Lənkəran hava limanına (LLK) enmək qərarına gəlib. Təyyarə yerli vaxtla saat 15:08-də ​​təhlükəsiz yerə enib.

Bu barədə Trend “Azərbaycan Hava Yolları” QSC-yə istinadən məlumat verir.

Reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Naxçıvana çatdırılacaq.

Qeyd edək ki, ehtiyac olduğu təqdirdə, gecikmiş reysin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq zəruri olan hər şeylə təmin ediləcək.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Bakı Naxçıvan təyyarəsi hava şəraitinə görə Lənkəranda təcili eniş edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ