Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 May 2020 09:00
Bakı. Trend:
Ukrayna hakimiyyəti yeni növ koronavirusla mübarizə üçün ABŞ-dan 15,5 milyon dollar yardım alıb.
Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, Kiyev ABŞ-dan yerli tibb müəssisələrinin xəstələrə qulluq və koronavirusa qarşı mübarizədə imkanlarını yaxşılaşdırmağa imkan yaradacaq 13,1 milyon dollar humanitar yardım alıblar.
Bundan əlavə, Ukrayna tərəfi ABŞ-dan pandemiya dövründə əhalinin həssas qruplarına dəstək üçün nəzərdə tutulan 2,4 milyon dollar da alıb.
Qeyd edilir ki, son 20 il ərzində ABŞ Ukraynaya təxminən 5 milyard dollar yardım ayırıb.