Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vilayət Eyvazov Bakı Metrosunun polis rəisini işdən çıxardı

Vilayət Eyvazov Bakı Metrosunun polis rəisini işdən çıxardı

Tarix: 20 May 2020 11:42

Paytaxtın Baş Polis İdarəsinin Bakı Metropolitenində Polis İdarəsinin rəisi, polkovnik Samir Hüseynov vəzifəsindən uzaqlaşdırılıb.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.  

Mayın 19-da Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə S.Hüseynov vəzifəsindən azad edilib.

Hələlik bu vəzifəyə heç kim təyin olunmayıb.

S.Hüseynov son beş ildə metroda asayişin qorunması işlərinə rəhbərlik edib. Bundan əvvəl o, Yasamal Rayon Polis İdarəsində rəis müavini vəzifəsində çalışıb.


Etiketlər:  Vilayət Eyvazov Bakı Metrosunun polis rəisini işdən çıxardı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ