Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 May 2020 16:09
Bakı. Elçin Mehdiyev - Trend:
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı koronavirusdan vəfat edən şəxslərin dəfn edilməsi ilə bağlı qaydalara aydınlıq gətirib.
Trend-in məlumatına görə, o bildirib ki, koronavirusla bağlı vətəndaşların dəfn edilməsində dini baxımdan heç bir dəyişiklik yoxdur:
“Burada müəyyən tibbi qaydalar var. Dəfn mərasimləri islami qaydalara uyğun həyata keçirilir. Sadəcə orada tibblə bağlı qoruyucu qaydalar var ki, bunlara əməl olunur”.