Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 May 2020 18:36
Prezident İlham Əliyev "Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlər arasında vergi inzibatçılığının həyata keçirilməsi üçün elektron formada məlumat mübadiləsi haqqında" Protokolun təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununu imzalayıb.
Sonxeber.net AZƏRTAC-a istinadən xəbər verir ki, sənədə əsasən, Müstəqil Dövlətlər Birliyi (MDB) Hökumət Başçıları Şurasının Astana şəhərində keçirilmiş 2018-ci il 2 noyabr tarixli iclasında imzalanmış "Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlər arasında vergi inzibatçılığının həyata keçirilməsi üçün elektron formada məlumat mübadiləsi haqqında" Protokol Azərbaycan Respublikasının ona dair qeyd-şərti ilə təsdiq edilir.