Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ramazanın 27-ci gününün duası: imsak və iftar vaxtı

Ramazanın 27-ci gününün duası: imsak və iftar vaxtı

Tarix: 20 May 2020 20:12

Bakı. Elçin Mehdiyev - Trend:

Sabah Ramazan ayının 27-ci günüdür.

Trend-in məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, Bakıda mayın 21-də imsak saat 03:30-də, iftar isə saat 20:11-dədir.

Ramazan ayının 27-ci gününün duası:

"Allahummərzuqni fihi fəzlə leylətil-Qədr. Və səyyir umuri fihi minəl-usri iləl-yusr. Vəqbəl məaziri və huttə ənniz-zənbə vəl-vizr. Ya rəufən bi-ibadihis-salihin".

Tərcüməsi:

"İlahi, bu gün mənə Qədr gecəsinin fəzilətini nəsib et! Bu gün mənim işlərimi çətinlikdən asanlığa doğru yönəlt! Üzrümü qəbul et, günah yükünü üstümdən götür! Ey saleh bəndələrinə qarşı mehriban olan Allah!"

Allah orucunuzu qəbul etsin!


Etiketlər:  Ramazanın 27 ci gününün duası imsak iftar vaxtı


RƏYLƏR