Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 May 2020 09:54
UEFA prezidenti Aleksandr Çeferin koronavirus səbəbindən təxirə salınan avrokubokların taleyi ilə bağlı açıqlama verib.
Qol.az xəbər verir ki, o, "Record" açıqlamasında Çempionlar Liqası və Avropa Liqasını avqust ayının sonuna kimi tamamlamaq istədiklərini deyib: "Planımız avqustun sonuna kimi turnirlər bitirməkdir. Buna gerçəkləşdirəcəyimizi düşünürəm. Nələr olacağını bilmək olmaz, amma koronavirusla bağlı vəziyyət sakitləşir.
Avropadakı liqaların 80 faizinin yenidən başlayacaq. Çempionlar Liqası və Avropa Liqasının niyə oynanılmamasını başa düşmürəm".