Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 May 2020 14:04
Bakı. Trend:
Yaponiya ərazisində fövqəladə vəziyyət mayın 25-də tamamilə ləğv edilə bilər.
Trend-in məlumatına görə, bunu ölkənin baş naziri Sindzo Abe deyib.
O bildirib ki, həmin gün ekspert komissiyasının növbəti iclası nəzərdə tutulub. Nazirin sözlərinə görə, aparılan dəyərləndirmələr nəticəsində fövqəladə vəziyyətin ləğvi istisna olunmur.
Bir müddət əvvəl S.Abe ölkənin qərbindəki üç prefektura – Kioto, Osaka və Höqoda fövqəladə vəziyyətin vaxtından əvvəl başa çatdığını elan edib.
Qeyd edək ki, Yaponiyada koronavirus pandemiyası ilə əlaqədar mayın 31-dək fövqəladə vəziyyət elan edilib.