Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 May 2020 15:18
PSJ "Arsenal"ın futbolçusu Pyer-Emerik Obameyanqla maraqlanır.
Qol.az Fransa mətbuatına istinadən xəbər verir ki, Paris klubunun 30 yaşlı hücumçu üçün 40-50 milyon avro arası məbləğ ödəməyə hazır olduğu bildirilir. Xəbərdə o da qeyd olunub ki, qabonlu oyunçu London təmsilçisi ilə 2021-ci ilin iyununda başa çatacaq müqavilənin müddətini uzatmaq istəmir.
Xatırladaq ki, Obameyanq bu mövsüm İngiltərə Premyer Liqasında 26 matçda 17 qol vurub.