Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 May 2020 21:03
Bakı. Trend:
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Qusar rayonu Qalacıq kəndində meşəlik ərazidə ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət araşdırılıb.
Trend-in məlumatına görə, bunu Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib.
O qeyd edib ki, sözügedən əraziyə keçirilən baxış zamanı ərazinin meşə fondu torpağı deyil, bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi olduğu məlum olub: "Təqsirkarın müəyyən olunması və barəsində qanunamüvafiq tədbirin görülməsi üçün Qusar rayon Polis İdarəsinə müraciət olunub".