Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 May 2020 22:09
Nikol Paşinyan özünün həyata keçirdiyi və keçirməyə cəhd etdiyi qeyri-adekvat siyasətini məhz Dağlıq Qarabağ kartı üzərində qurmaq istəyir.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu AzTV-nin "Hədəf" verilişinin qonağı olan Milli Məclisin deputatı Arzu Nağıyev Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində qanunsuz "seçkilər"in və "andiçmə mərasimi"nin keçirilməsinə münasibət bildirərkən deyib.
Millət vəkili bildirib ki, seçkilərin məxsusi olaraq Şuşada keçirilməsi ilə Paşinyan bir neçə məsələni ön plana çəkmək istəyir:
"Birinci məsələ danışıqlar prosesinə yox deməkdir. Düşünürəm ki, bu hadisədən sonra ATƏT-in Minsk Qrupunun həmsədrləri birmənalı şəkildə bəyanatla çıxış etməlidirlər. İkinci məsələ isə onun nəyin bahasına olursa olsun keçirilən seçkinin legitimləşməsinə çalışmasıdır".
Həmin verilişi təqdim edirik: