Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 May 2020 10:48
Bakı. Trend:
Bolqarıstan Avropa İttifaqı və Şengen zonası ölkələrinin vətəndaşlarına ölkəyə gəlməsinə icazə verib.
Trend-in məlumatına görə, bu barədə Bolqarıstan Səhiyyə Nazirliyinin qərarında deyilir.
Mayın 22-dən etibarən Bolqarıstan qeyd olunan ölkələr üçün sərhədləri açıb. Bu gündən etibarən ölkəyə səfər edən şəxs yaşadığı yer üzrə 14 gün müddətinə karantinə alınmalıdır.
Bu tələb tibb işçiləri, diplomatlar, beynəlxalq təşkilatlaırn nümayəndələri, mövsümi işçilər və beynəlxalq sərnişin daşımaları ilə məşğul olan avtobus sürücülərinə şamil olunmayacaq.
Qeyd edək ki, Bolqarıstan martın 19-dan etibarən infeksiyanın daha çox yayıldığı ölkələr üçün sərhədləri bağlamışdı.