Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Günay sevgilisindən polisə şikayət etdi

Günay sevgilisindən polisə şikayət etdi

Tarix: 22 May 2020 12:10

Model Günay Musayeva və keçmiş sevgilisi, iş adamı Taha Tatlıcı arasında qalmaqal bitmir.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bundan əvvəl də şiddət məlumatları ilə gündəmə gələn cütlük yenidən polis bölməsinə yollanıblar.

Məlumatda bildirilib ki, Günay Tahanın onu döydüyü və təhdid etdiyini söyləyərək şikayət ərizəsi yazıb. Model sevgilisi haqqında 1 aylıq uzaqlaşdırma qərarı çıxartdırıb. Tatlıcı isə 1 ay başa çatan kimi yenidən Günayın evinə yollanıb.

Musayeva isə qapını döyən və onu təhdid edən Tahadan xilas olmaq üçün qonşulardan yardım istəyib. Gizlicə evdən çıxan model polisə gedib. O, iş adamına qarşı şikayət ərizəsi yazıb. Polis qərarı ilə taha yenidən Günayın ətrafından uzaqlaşdırılıb.

Qeyd edək ki, bundan əvvəl də Taha Tatlıcının Günay və oğluna şiddət göstərdiyi xəbərləri yayılmışdı. Günay aktyor Tolqa Karellə ailəli olub. Cütlük 2015-ci ildə boşanıb.

Milli.Az


Etiketlər:  Günay sevgilisindən polisə şikayət etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ