Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Cəlilabadda 7 kəndin elektrik enerji sistemi yenidən qurulur (FOTO/VİDEO)

Cəlilabadda 7 kəndin elektrik enerji sistemi yenidən qurulur (FOTO/VİDEO)

Tarix: 22 May 2020 13:15

Bakı. Trend:

Cəlilabad rayonunun ən ucqar 7 kəndində elektrik enerji sistemi tamamilə yenidən qurulur.

“Azərişıq” ASC-dən Trend-ə verilən məlumata görə, “Yeni kəndlər layihəsi” çərçivəsində Cəlilabad rayonunun 7 yaşayış məntəqəsi və bir sərhəd zastavası- ümumilikdə 670 abonentin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması işlərinə başlanılıb.

Rayon mərkəzindən 50 km uzaqlıqda yerləşən Boyxanlı kəndində işlərə artıq start verilib. İlk dəfə 1963-cü ildə enerji təchizatı ilə təmin olunan kənddə elektrik enerjisi təsərrüfatında sonuncu dəfə 1980-ci ildə cari təmir işləri aparılıb. 40 il sonra “Azərişıq” ASC kənddə elektrik enerji sistemini tamamilə yenidən qurur. Yararsız elektrik naqilləri, dayaqlar, sayğaclar və transfarmator məntəqələri tamamilə yenilənəcək. Mərhələli şəkildə yenilənmə prossesi 7 kənddə icra olunacaq.

Cəlilabadda 7 kəndin elektrik enerji sistemi yenidən qurulur (FOTO/VİDEO) - Gallery Image Cəlilabadda 7 kəndin elektrik enerji sistemi yenidən qurulur (FOTO/VİDEO) - Gallery Image Cəlilabadda 7 kəndin elektrik enerji sistemi yenidən qurulur (FOTO/VİDEO) - Gallery Image Cəlilabadda 7 kəndin elektrik enerji sistemi yenidən qurulur (FOTO/VİDEO) - Gallery Image Cəlilabadda 7 kəndin elektrik enerji sistemi yenidən qurulur (FOTO/VİDEO) - Gallery Image


Etiketlər:  Cəlilabadda kəndin elektrik enerji sistemi yenidən qurulur FOTOVİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ