Tarix: 22 May 2020 14:38
Meksikanın “Santos Laquna” klubunda koronavirusa yoluxan futbolçuların sayı artıb.
Qol.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Ötən gün 8 futbolçunun testinin müsbət çıxdığını açıqlayan klub daha 4 oyunçuda virus aşkarlandığını bəyan edib. Futbolçuların adları isə açıqlanmayıb.
Xatırladaq ki, Meksikada koronavirus pandemiyasına görə çempionatlara erkən yekunlaşdırılıb.