Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''7 Gözəl Wedding Fashion Show & Awards 4'' keçirilib (FOTO)

''7 Gözəl Wedding Fashion Show & Awards 4'' keçirilib (FOTO)

Tarix: 9 Iyun 2019 17:44

Bakı. Trend:

"Pi Group Production" "Elite Events Hall"da möhtəşəm mükafatlandırma, şou və moda gecəsi keçirib.

Trend-in məlumatına görə,"Elite Events Hall" da keçirilən "7 Gözəl Wedding Fashion Show & Awards 4 "də gəlinlik və ziyafət geyimlərinin, makiyaj və saç düzümlərinin nümayişi, rəqs qruplarının, müğənnilərin çıxışı, iş adamlarının, digər sahələr üzrə uğur qazanmış şəxslərin və məşhurların mükafatlandırılması baş tutub.

Gəlinlik butiklərindən "White Room by Diamond" və "FH Bridal", ziyafət geyimlərindən isə "Rufina couture" və "By Nika Collection" nun defilələri tamaşaçılar tərəfindən maraqla qarşılanmışdır.
Gecədə "Azəri atəşi" rəqs qrupu, müğənnilərdən "Javid", Ayaz Babayev, Xatirə İslam və digərləri çıxış ediblər.

Surprizlərlə dolu bir gecədə ad gününü qeyd edən tanınmış fotoqraf Niko Abbasov üçün mapingdən hazırlanmış qeyri adi tort səhnəyə gətirildi.Digər surpriz isə tədbirin aparıcısı olan Vüqar Azəroğlunun illərdi sevdiyi xanıma hər kəsin qarşısında evlilik təklif etməsi ilə yaddaşlarda qaldı.

Digər tədbirlərdən fərqli olaraq "7 Gözəl Wedding Fashion Show & Awards 4" hər zamankı kimi tamaşaçıların böyük marağına səbəb olmuş və hər dəfə olduğu kimi ilklərə imza atıb.

Təşkilatçı: "Pİ Group Production"

Layihənin rəhbəri İsmayıl Qasımov

İdeya müəllifi Pərvanə Məmmədova

Gecənini aparıcısı Vüqar Azəroğlu

Musiqi rəhbəri Dj Zaur.

Tədbirin foto komandası: "Alakbarkarimli"

İnformasiya dəstəyi – Trend.az, Day.az, Milli.az, Azernews.az

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Gözəl Wedding Fashion Show Awards keçirilib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ