Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiyadan gələn avtomobildə qəlyan üçün tütün məmulatları aşkarlanıb (FOTO)

Rusiyadan gələn avtomobildə qəlyan üçün tütün məmulatları aşkarlanıb (FOTO)

Tarix: 22 May 2020 16:36

Bakı. Trend:

Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mercedes Benz Actros" markalı yük avtomobili saxlanılıb və gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsinin kabinasında olan döşəyin altında, tavan hissəsində 88 ədəd 125 qramlıq "Musthave" markalı qəlyan üçün tütün aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Rusiyadan gələn avtomobildə qəlyan üçün tütün məmulatları aşkarlanıb (FOTO) - Gallery Image Rusiyadan gələn avtomobildə qəlyan üçün tütün məmulatları aşkarlanıb (FOTO) - Gallery Image


Etiketlər:  Rusiyadan gələn avtomobildə qəlyan üçün tütün məmulatları aşkarlanıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ