Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Mövsüm ləğv olundu, çempion elan edilmədi

Mövsüm ləğv olundu, çempion elan edilmədi

Tarix: 22 May 2020 22:06

Meksika Liqasında 2019/2020 mövsümü koronavirus səbəbindən ləğv olunduğunu rəsmən açıqlayıb.

Qol.az liqanın saytına istinadən xəbər verir ki, bu mövsüm çempionun elan edilməyəcəyi vurğulanıb. Ölkə çempionatının ilk iki pilləsində yer alan "Krus Asul" və "Leon" klublarının növbəti mövsüm CONCACAF Çempionlar Liqasında mübarizə aparacağı bildirilib.

Qeyd edək ki, bundan əvvəl Meksika Liqasında klubların 5 mövsüm müddətində aşağı liqaya göndərilməməsinə qərar verildiyi açıqlanmışdı.

 


Etiketlər:  Mövsüm ləğv olundu çempion elan edilmədi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ