Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Muzey və qoruqlarda ''açıq qapı'' günləri təşkil ediləcək

Muzey və qoruqlarda ''açıq qapı'' günləri təşkil ediləcək

Tarix: 22 May 2020 23:00

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev Mərkəzləri, muzeylər, tarix-mədəniyyət qoruqlarında "açıq qapı" günləri təşkil olunacaq.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildiriblər. 28 May - Respublika Günü və Ramazan bayramı münasibəti ilə yaranmış qeyri-iş günlərində vətəndaşların asudə vaxtlarının səmərəli təşkil olunması və Azərbaycan xalqının zəngin mədəni irsi və qədim tarixi ilə yaxından tanış olmaq məqsədi ilə 25-28 may tarixlərində adıçəkilən müəssisələrə giriş sərbəst olacaq.

Müəssisələrin fəaliyyəti Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təqdim olunan zəruri sosial davranış və sanitar-epidemioloji qaydalara, metodiki göstərişlərə uyğun həyata keçiriləcək.

Milli.Az


Etiketlər:  Muzey qoruqlarda açıq qapı günləri təşkil ediləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ