Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanda kompüter istehsalında artım müşahidə olunub

Azərbaycanda kompüter istehsalında artım müşahidə olunub

Tarix: 23 May 2020 09:28

Bakı. Elçin Mehdiyev - Trend:

2020-ci ilin yanvar-aprel aylarında Azərbaycanda kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 66,8 milyon manatlıq məhsul istehsal olunub.

Trend-in məlumatına görə, əvvəlki ilin yanvar-aprel ayları ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 2,6 dəfə, elektrik avadanlıqlarının istehsalı isə 20,6 faiz artıb.

Dövr ərzində əvvəlki ilin yanvar-aprel ayları ilə müqayisədə avtomatik tənzimləmə və idarəetmə üçün cihaz və aparatların istehsalı 11,6 dəfə, 1000 V-dək gərginlik üçün hesablanmış elektrik cərəyanı naqillərinin istehsalı isə 3,2 dəfə artıb.


Etiketlər:  Azərbaycanda kompüter istehsalında artım müşahidə olunub


RƏYLƏR