Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İqtisadiyyat Nazirliyi bir sıra sahibkarlıq subyektlərinə müraciət edib

İqtisadiyyat Nazirliyi bir sıra sahibkarlıq subyektlərinə müraciət edib

Tarix: 23 May 2020 15:20

Bakı. Trend:

İqtisadiyyat Nazirliyi maliyyə dəstəyinin göstərilməsi ilə bağlı bir sıra sahibkarlıq subyektlərinə müraciət edib.

Nazirlikdən Trend-ə bildirilib ki, koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi ilə bağlı proqramın icrası davam etdirilir.

Maliyyə dəstəyindən yararlanmaq üçün müəyyən olunmuş meyarlara cavab verən vergi ödəyicilərinin İnternet Vergi İdarəsində mövcud olan şəxsi elektron kabinetlərinə Bildirişlərin və mobil telefonlarına SMS-lərin göndərilməsinə baxmayaraq bir sıra sahibkarlıq subyektləri tərəfindən hələ də müraciət daxil olmayıb.

Proqramın yaxın vaxtlarda başa çatacağını nəzərə alaraq, Nazirliyə müraciət etməmiş vergi ödəyicilərinin onların şəxsi elektron kabinetlərində yaradılmış “Pandemiya ilə bağlı maliyyə dəstəyi proqramı” bölməsindən elektron formada İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidmətinə müraciət etmələri xahiş olunur.


Etiketlər:  İqtisadiyyat Nazirliyi sıra sahibkarlıq subyektlərinə müraciət edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ