Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Londonda çoxmənzilli binada yanğın olub: 30 mənzilə zərər dəyib

Londonda çoxmənzilli binada yanğın olub: 30 mənzilə zərər dəyib

Tarix: 10 Iyun 2019 06:32

Bakı. Trend:

Londonun şərqində yerləşən yaşayış binasında yanğın baş verib.

Trend-in məlumatına görə, yanğın nəticəsində binanın 30 mənzilinə zərər dəyib, iki nəfər xəsarət alıb.

Məlumata əsasən, yanğın yerli vaxtla saat 15:31-də Barkinq rayonundakı çoxmənzilli yaşayış binasında baş verib.

Hadisə yerinə yanğından mühafizə xidmətinin 15 avtomobili, 100-dən çox yanğınsöndürənlər, polis əməkdaşı və tibb işçiləri cəlb edilib. Yanğından dərhal sonra bütün sakinlər təxliyyə olunub.

Yanğın yerli saat 18:04-da lokallaşdırılıb.


Etiketlər:  Londonda çoxmənzilli binada yanğın olub 30 mənzilə zərər dəyib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ