Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 May 2020 00:32
Serbiya millisinin sabiq üzvü Milyan Mrdakoviç intihar edib.
Qol.az Serbiya mətbuatına istinadən xəbər verir ki, 38 yaşlı keçmiş hücumçu Belqradda yaşadığı evdə özünə qəsd edib. O, tapança ilə başındn atəş açdığı bildirilib. Futbolçunun birgə yaşadığı sevgilisi hadisə yerinə polis çağırıb.
Qeyd edək ki, Mrdakoviç karyerası ərzində Belçikanın “Anderlext”, “Gent”, “Endraxt”, Avstriyanın “Austriya”, Ukraynanın “Metallist” (Xarkov), İsrailin “Makkabi” (Təl-Əviv), Portuqaliyanın “Vitoriya” və bir sıra başqa klublarda oynayıb.