Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Aventura şəhərində Respublika Günü elan olundu - FOTO

Aventura şəhərində Respublika Günü elan olundu - FOTO

Tarix: 24 May 2020 09:15

Florida ştatının Aventura şəhərinin meri Enid Veysman 2020-ci ilin 28 may tarixini Azərbaycan Respublika Günü elan olunması ilə bağlı Bəyannamə imzalanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, mer Veysman Bəyannamədə Amerikada yaşayan Azərbaycanlıların Floridadada güclü iştirakı vurğulanaraq regionda müxtəlifliyə, mədəniyyətlərarası anlaşmaya, sülhə və firavanlığa töhvələrini, o cümlədən bu cəmiyyəti təbliğ etmək üçün 2006-cı ilin 26 oktyabr tarixində yaradılan Azərbaycan-Amerika Mədəniyyət Assosiyasiyasının rolunu qeyd edib.

28 May tarixinin yalnız 1918-ci ildə əsası qoyulan Azərbaycan Demokratik Respublikasının yaradılmasının ildönümü olmadığı, eyni zamanda bunun ABŞ ilə Azərbaycan Respublikası arasında münasibətləri qeyd etmək üçün şərəfli bir fürsət olduğu bildirilib. Azərbaycan Respublikası ABŞ-ın müttəfiqi və strateji tərəfdaşı kimi qurucularının prinsiplərini rəhbər tutaraq inanclarını davam etdirir və başqalarını humanizm və demokratiyanın ümumi dəyərləri haqqında məlumatlandırır.

E.Veysman 28 may 2020-ci il tarixinin Azərbaycan Respublika Günü elan edərək Aventura şəhərinin sakinlərini bu bayrama qoşulmağı və Azərbaycan xalqının töhfələrini birgə qeyd etməyə çağırış edib.

Milli.Az


Etiketlər:  Aventura şəhərində Respublika Günü elan olundu FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ