Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Avropada ilk kubok - Yenilənib

Avropada ilk kubok -   Yenilənib

Tarix: 24 May 2020 20:38

Bu gün Belarusda ölkə kubokunun final oyunu keçirilib.

Qol.az xəbər verir ki, həlledici qarşılaşmada BATE ilə “Dinamo” Brest üz-üzə gəlib. Oyun Bakı vaxtı ilə saat 18.00-da başlanan matç azarkeşlərin iştirakı ilə keçirilib.

Amma koronovirus pandemiyası səbəbindən stadiondakı tamaşaçı sayı tutumunun yalnız 25 faizə qədər bilet satışa çıxarılıb.

Görüşün əsas vaxtı qolsuz başa çatıb. Əlavə vaxtın son dəqiqəsində - 120+1-ci dəqiqədə Zaxar Volkov BATE-yə kuboku qazandıran qolu vurub.

Xatırladaq ki, Belarus pandemiya dövründə futbolu dayandırmayan yeganə ölkə olub. BATE – “Dinamo” qarşılaşması isə bu mövsüm Avropa qitəsində kubokun ilk final görüşüdür.

 

 


Etiketlər:  Avropada ilk kubok Yenilənib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ