Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Aprel 2019 21:48
"Çelsi"nin baş məşqçisi Maurisio Sarri İngiltərə futbolunun çətinliklərindən danışıb.
Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, bununla bağlı deyib: "Premyer Liqanın çətin olduğunu bilirdim. Unutmayaq ki, Liqa kubokunda əvvəlcə "Liverpul"u, sonra "Tottenhem"i mübarizədən kənarlaşdıraraq finalda "Mançester Siti" ilə qarşılaşmışdıq. Məncə, Çempionlar Liqasında finala çıxmaq daha asandır".
O, məqsədlərinin ÇL-də oynamağa vəsiqə qazanmaq olduğunu vurğulayıb: "Premyer Liqada ilk 4 pillədə yer almaq çox çətindir. Bütün komandaların qalan matçları ağırdır. Avroliqada da yarımfinalda olmaq asan deyil. Hər iki turnirdə hədəflərimizə nail olmağa çalışacağıq".