Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 May 2020 17:30
“Uotford"un futbolçusu Kristian Kabasele İngiltərə Premyer Liqasının bərpa vaxtı haqda danışıb.
Qol.az xəbər verir ki, belçikalı müdafiəçi “goal.com”a açıqlamasında çempionatın nəzərdə tutulduğu kimi, iyunun 12-də bərpa olunacağına inanmadığını deyib:
“Premyer Liqanın iyunun 12-də bərpa olunması mümkün deyil. Çünki uzun fasilədən sonra üç həftədən az məşq edib, meydana çıxmaq riskli ola bilər. Məlumatın düzgünlüyündən əmin deyiləm, ancaq düşünürəm ki, Premyer Liqa iyunun 12-də başlamayacaq”.
Qeyd edək ki, Premyer Liqa klublarına mayın 19-dan məşq etməyə icazə verilib.