Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 May 2020 12:52
"Edge Health" analitik şitkəti Çempionlar Liqasının 1/8 finalının "Liverpul" - "Atletiko" cavab oyununun koronavirusun yayılmasına təsirini araşdırıb.
Qol.az "The Sunday Times"a istinadən xəbər verir ki, bu, Britaniya Milli Səhiyyə Xidməti üçün apardığı araşdırma nəticəsində müəyyənləşib. Belə ki, sözügedən oyun COVİD-19-dan 41 nəfərin ölümünə səbəb olub. Matçdan 25-35 gün sonra 41 xəstə koronavirusdan dünyasını dəyişib.
London İmperial Kolleci və Oksford Universitetinin mütəxəssislərinin bildirdiyinə görə, qarşılaşma zamanı İspaniyada 640 min, İngiltərədə 100 min nəfər yoluxub.
Qeyd edək ki, martın 11-i keçirilən "Liverpul" - "Atletiko" görüşünü 52 min azarkeş izləyib.