Tarix: 25 May 2020 17:10
“Milan”ın hücumçusu Zlatan İbrahimoviç uzun müddət meydana çıxmaya bilər.
Qol.az İtaliya mətbuatına istinadən xəbər verir ki, isveçli forvard məşq zamanı zədələnib. Həkimlərin ilkin qənaətinə görə, onun zədəsi tez bir zamanda sağalmayacaq.
38 yaşlı futbolçunun həm əzələsindən zədə aldığı, həm də mövsümün əvvəlindən dabanında yaranan ağrının gücləndiyi bildirilib.