Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 May 2020 18:46
Fransanın "Pari-Sen Jermen" (PSJ) futbol klubu argentinalı hücumçu Mauro İkardiyə 10 milyon avro maaş və bonuslar ilə müqavilə təklif etmək niyyətindədir.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu barədə öz "Twitter" səhifəsində İtaliyanın "La Gazzetta dello Sport" nəşrinin jurnalisti Nikolo Skira yazıb.
Onun sözlərinə görə, transferin məbləği təxminən 60 milyon avro olacaq.
Jurnalist bildirib ki, hazırda PSJ və "İnter" M.İkardinin tranferi üzrə onun agenti və həyat yoldaşı Vanda Nara ilə danışıqlar aparırlar.