Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Təzyiqi 15 dəqiqəyə salmaq mümkündür - Kardioloqlardan məsləhət

Təzyiqi 15 dəqiqəyə salmaq mümkündür - Kardioloqlardan məsləhət

Tarix: 25 May 2020 23:00

Bunun üçün dərmana belə gərək yoxdur.

Sonxeber.net medicina.az-a istinadən xəbər verir ki, Almaniya Ürək fondunun kardioloqu Martin Holle bildirib ki, yüksək təzyiqi çox vaxt dərmansız da nəzarətə almaq mümkündür.

Kardioloq yüksək təzyiqin 3 əsas səbəbini izah edib: fiziki hərəkətsizlik, pis qidalanma və artıq çəki.

Ona görə gün ərzində təzyiqi stabil saxlamaq üçün 15 dəqiqə təmiz havada gəzmək mütləqdir. Kim gündə 15-20 dəqiqə sadəcə piyada gəzsə onun təzyiqi sütun üzrə 5-8 mm düşəcək.

Eləcə də çörək, ağır ət məhsulları, ağ un, kolbasa, şirniyyat azalmalıdır.

Təzyiq qalxanda ürək əzələsi daha gərgin işləyir və sıradan çıxır.

Təzyiq xəstəsinin hazırkı çəkisindən ən azı 3-5 kq arıqlaması da təzyiqi 5-7 mm azaldır.

Əgər bu 3 dəyişikliyi etsəz, insult və infarktın qarşısını 50% ala bilərsiz.


Etiketlər:  Təzyiqi dəqiqəyə salmaq mümkündür Kardioloqlardan məsləhət


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ