Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Gəncədə minik avtomobili quyuya düşüb, ölən var

Gəncədə minik avtomobili quyuya düşüb, ölən var

Tarix: 26 May 2020 07:16

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Gəncə şəhərinin Kəpəz rayonunda "ВАЗ" markalı minik avtomobilinin dərinliyi təxminən 10-15 metr olan quyuya düşməsi barədə məlumat daxil olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə yerinə cəlb olunan Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri 35 yaşlı Fuad Rəcəbovun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Avtomobildə olan digər sərnişin 30 yaşlı Elmir Məmmədov müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Milli.Az


Etiketlər:  Gəncədə minik avtomobili quyuya düşüb ölən var


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ