Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Övladlığa götürülən 414 uşağın vəziyyəti yoxlanılıb

Övladlığa götürülən 414 uşağın vəziyyəti yoxlanılıb

Tarix: 26 May 2020 11:52

Övladlığa götürülən uşaqların ailələrdəki vəziyyətinin monitorinqi, həyat şəraitinə nəzarət xüsusi karantin dövründə də distant formada davam etdirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, DOST Agentliyi tərəfindən bu dövrdə 414 uşaqla bağlı distant monitorinq həyata keçirilib. Monitorinqlərin 260-ı telefon, 154-ü isə videozəng vasitəsilə təşkil edilib. Həmin uşaqların ailələrdəki vəziyyəti, əqli, fiziki, psixoloji inkişaf səviyyəsi öyrənilib.

Monitorinqi aparan əməkdaşlar üçün əvvəlcə beynəlxalq və yerli ekspertlərin iştirakı ilə onlayn təlimlər təşkil olunub. Onlar bu təlimlərdə monitorinqlər zamanı neqativ halların aşkar edilməsi, ailə ilə düzgün ünsiyyət və digər bacarıqların artırılması sahəsində zəruri bilik və bacarıqlara sahib olublar.

Milli.Az


Etiketlər:  Övladlığa götürülən 414 uşağın vəziyyəti yoxlanılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ