Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakının təhlükə saçan eyvanları: hər an uça bilər - VİDEO

Bakının təhlükə saçan eyvanları: hər an uça bilər - VİDEO

Tarix: 26 May 2020 14:36

Bu günlərdə paytaxtın Nərimanov rayonu, Təbriz 102 ünvanında köhnə tikilinin eyvanları uçaraq yerə tökülüb. Xoşbəxtlikdən xəsarət alan olmayıb. Amma ola da bilərdi. Çünki ərazi insanların kifayət qədər intensiv hərəkət etdiyi bir yerdir.

Milli.Az bildirir ki, mövzu ilə bağlı ARB TV-nin "Günə Doğru" proqramında süjet yayımlanıb.

Sakin: "Ölüm də ola bilərdi, kimsə şikəst də qala bilərdi. Hər şey gözlənilə bilər. Ancaq ehtiyatlı olmaq lazımdır. Keçəndə də yuxarı baxmaq lazımdır. Əgər təhlükəli yerdirsə, keçmək lazım deyil".

Paytaxtda qəzalı vəziyyətdə olan binaların sayı çoxdur. Eyni zamanda, həmin binaların eyvanları da kifayət qədər təhlükəli vəziyyətdədir. Bu, həm də ondan xəbər verir ki, binaların eyvanlarının uçma hadisəsi son deyil, yenə də ola bilər.

Sakin: "1954-cü ildə tikilmiş binadır, ona görə də uçub gedir. Ona görə heç çox adam çıxmır eyvana qorxusundan".

Anar Məlikov - Ekspert: "Bina ömrünü tamam etmiş binadırsa və yaxud qəzalı vəziyyətdədirsə, mümkündür ki, bu eyvanların artıq konstruksiyaları çürüyüb. Metal hissələri artıq çürüyüb, zədələnib. Və müəyyən zaman keçdikdən sonra yoxlanıb nəzarət olunmadıqda, təbii ki, gözlənilməz təhlükələr ortalığa çıxır və eyvanlar qəfil uçur".

Ekspertin sözlərinə görə, aidiyyətı qurumlar tərəfindən mütəmadi olaraq, qəzalı vəziyyətdə olan binalar araşdırılmalı və qabaqlayıcı təhlükəsizlk tədbirləri görülməldir.

Anar Məlikov - Ekspert: "Qəza şəraiti yarada biləcək hallar analiz olunmalıdır. Qəzalı şəraitdə olan eyvanlar sökülüb aradan qaldırıla bilmirsə, ən azından hasarlana bilər. Ən azından çıxıntı hissələrinə qədər hasarlanmalıdır. Yəni fiziki insanların ora girməsi və yaxud qəzanın birbaşa baş verməsi ilə bağlı fiziki baryer yaradılmalıdır".

Məsələ ilə bağlı Nərimanov Rayon İcra Hakimiyyətindən bildirildi ki, Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı qərarı ilə paytaxtda istismar müddəti bitən evlərin söküntüsü davam edir. Eyni zamanda, Nərimanov rayonu ərazisində də qəzalı vəziyyətdə olan binaların sökülməsi nəzərdə tutulub.

Milli.Az


Etiketlər:  Bakının təhlükə saçan eyvanları hər an uça bilər VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ