Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Alimlərdən SEVİNDİRİCİ PROQNOZ

Alimlərdən SEVİNDİRİCİ PROQNOZ

Tarix: 27 May 2020 07:36

Amerikalı alimlər son 8 ildə qripin mövsümi olduğu qənaətinə gəlib. Bildirilib ki, bu səbəbdən də yayda COVID-19 pandemiyası dayanacaq. Statistikalar göstərib ki, koronavirusların aktivliyi adətən yanvar ayında maksimuma yüksəlir, aprel ayının sonlarında isə azalır.

Sonxeber.net xəbər verir ki, mütəxəssislər bu infeksiyanın yaranmasında rütubətin böyük əhəmiyyət daşıdığını vurğulayıb. Soyuq otaqlarda istilik sistemləri işləyəndə rütubət azalır və virus uzun müddət havada qala bilər. Yüksək rütubət isə virusun uzun müddət havada uçmasına imkan vermir, infeksiya damcıları tez həll olunur.

Alimlər əlavə edib ki, viruslar üçün ən xoşagəlməz hava 30 dərəcədir. Mütəxəssislər hətta qeyd edib ki, ofislərdə və fabriklərdə belə bir temperatur saxlanıla bilsə, infeksiyaların sayı minimuma endirilə bilər. (publika.az)


Etiketlər:  Alimlərdən SEVİNDİRİCİ PROQNOZ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ