Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 May 2020 08:20
Azərbaycanın METAK şirkəti yaxın zamanlarda Rusiya və Qazaxıstana məhsul tədarük etməyi planlaşdırır.
Sonxeber.net xəbər verir ki, bu barədə Trend-ə şirkətdən bildiriblər.
Qeyd olunub ki, şirkət hazırda, əsasən kənd təsərrüfatı məhsulu ixrac edir:
"2019-cu ildə şirkət öz məhsulunu Belarus və Özbəkistana ixrac edib, amma ixrac coğrafiyamızı genişləndirməyi planlaşdırırıq".
Şirkətdən bildiriblər ki, 2019-cu il sentyabrın 24-də Moskvada "WorldFood 2019" qida sənayesi beynəlxalq sərgisi keçirilib:
"İqtisadiyyat Nazirliyinin və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) dəstəyi ilə "Made in Azerbaijan" vahid stendində 33 yerli şirkətin məhsulu təqdim olunub. Şirkətimiz artıq 13 ildir ki, ölkədə "LANGU" brendi ilə bağçılığın inkişafına öz töhfəsini verir. Meyvələrlə yanaşı sərgidə, həmçinin METAK istehsalı olan alveolalar (meyvələr üçün karton qablar) nümayiş etdirilib. Şirkət regionda ilk və yeganə alveola istehsalçısıdır".