Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gürcüstanda restoranlar və ticarət mərkəzləri açılır

Gürcüstanda restoranlar və ticarət mərkəzləri açılır

Tarix: 27 May 2020 12:44

Bakı. Trend:

Gürcüstanda iyunun 1-dən etibarən iri ticarət mərkəzləri, mağazalar və müştəriləri açıq havada yerləşdirmək imkanı olan restoranlar açılacaq.

Trend-in məlumatına görə, bunu ölkənin baş naziri Georgi Qaxariya deyib.

İyunun 8-dən başlayaraq isə Gürcüstanda bütün restoranlar, hotellər, eləcə də şəhərlərarası nəqliyyat işləyəcək.

Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar Gürcüstanda mart ayında fövqəladə vəziyyət elan olunub. Mayın 22-də fövqəladə vəziyyət və komendant saatı ləğv edilib.


Etiketlər:  Gürcüstanda restoranlar ticarət mərkəzləri açılır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ