Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ombudsmanın Şəki Regional Mərkəzi tərəfindən onlayn hüquqi maarifləndirmə tədbiri keçirilib (FOTO)

Ombudsmanın Şəki Regional Mərkəzi tərəfindən onlayn hüquqi maarifləndirmə tədbiri keçirilib (FOTO)

Tarix: 27 May 2020 23:24

Bakı. Trend:

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyevanın təşəbbüsü ilə elan olunmuş “İnsan Hüquqları Aylığı” çərçivəsində Ombudsmanın Şəki Regional Mərkəzi tərəfindən Zaqatala rayonunun Aşağı Tala kənd 1 saylı tam orta məktəbinin müəllim və şagirdlərinin iştirakı ilə “Mənin hüquqlarım” mövzusunda onlayn hüquqi maarifləndirmə tədbiri keçirilib.

Ombudsman Aparatının Mətbuat xidmətindən Trend-ə bildirilib ki, tədbirdə Ombudsmanın Şəki Regional Mərkəzinin rəhbəri Pərviz Məmmədov iştirakçıları Ombudsman Səbinə Əliyevanın adından salamlayıb, Müqəddəs Ramazan Bayramı və 28 may - Respublika günü ilə əlaqədar təbriklərini çatdıraraq bildirib ki, 18 may - 18 iyun tarixlərini əhatə edən "İnsan Hüquqları Aylığı" çərçivəsində insan hüquqları, o cümlədən sağlamlıq hüquqlarının təbliği istiqamətində onlayn görüşlərin, videokonfransların və s. tədbirlərin keçirilməsi nəzərdə tutulub.

İştirakçılara ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində görülən işlər, həyata keçirilən islahatlar, o cümlədən uşaq hüquqlarının qorunması istiqamətində atılan addımlar, bu sahədə dövlətimizin qoşulduğu beynəlxalq sənədlər, habelə milli qanunvericilik aktları barədə məlumat verilib.

Ombudsmanın Şəki Regional Mərkəzi tərəfindən onlayn hüquqi maarifləndirmə tədbiri keçirilib (FOTO) - Gallery Image Ombudsmanın Şəki Regional Mərkəzi tərəfindən onlayn hüquqi maarifləndirmə tədbiri keçirilib (FOTO) - Gallery Image


Etiketlər:  Ombudsmanın Şəki Regional Mərkəzi tərəfindən onlayn hüquqi maarifləndirmə tədbiri keçirilib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ